"Veysəloğlu" qiymətləri qaldıracaq - AÇIQLAMA


Mərkəzi Bankın 21 dekabr 2015-ci il tarixində verdiyi üzən məzənnə rejiminə keçilməsi barədə qərarla manatın məzənnəsinin ABŞ dollarına nisbətən növbəti dəfə aşağı düşməsi “Veysəloğlu” Şirkətinin distribyuterlik etdiyi məhsulların qiymətlərinə də təsirsiz ötüşməyəcək.

Bu barədə Modern.az-a adı çəkilən şirkətin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, şirkətin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin kəskin artması şirkət üçün də bir sıra çətinliklər yaradıb. Hazırda şirkət özünün qiymət siyasətini yenidən nəzərdən keçirir.

““Veysəloğlu” Şirkətinin distribyuterlik etdiyi məhsulların qiymət siyasəti Mərkəzi Bankın üzən məzənnə siyasətinə əsasən manatın məzənnəsinin dünya valyutasına konvertasiyasına uyğun olaraq, bazarın tələb və təklifinə nisbətini müəyyən edərək həyata keçiriləcək.
Bu gün hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz. Yaranmış mövcud durum qiymət siyasətinin manatın yeni məzənnəsinə uyğunlaşmasını zəruri edir”-deyə şirkətin məlumatında vurğulanır.

Qeyd edək ki, “Veysəloğlu” xaricdən Azərbaycana ərzaq malları idxal edən ən böyük şirkətlərdəndir. "Araz" marketlər şəbəkəsi bu şirkətə məxsusdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu