“Veysəloğlu” da qiymətləri qaldırdı: 20-30 faiz

Xəbərin çap versiyası
Tarix: 16-01-2016, 11:51    |    Xəbər oxunub: 411 dəfə
“Veysəloğlu” da qiymətləri qaldırdı: 20-30 faiz Manatın mövcud devalvasiyası və üzən məzənnə siyasətinə keçməsindən sonra “Veysəloğlu” Şirkətlər Qrupu özünün qiymət siyasətinə yenidən baxmaq məcburiyyətində qalıb.

Bu barədə AFN.az-a şirkətin İctimaiyyətlə əlaqələr departamentindən verilib. Bildirilir ki, “Veysəloğlu” MMC-nin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin kəskin artması, baş vermiş devalvasiya şirkət üçün də bir sıra çətinliklər yaradıb: “Eyni zamanda xammal idxalında yaranmış qiymət artımı “Ulduz” Şokolad Fabrikinə də təsirsiz ötüşmədi. Yerli istehsalda xammalı xarici ölkələrdən gətirilərək idxala bağlı olan müəssisələr var ki, “Ulduz” fabriki də belə müəssisələrdəndir. Bu gün fabrik özünün məhsul istehsalında istifadə etdiyi xammal ehtiyatının böyük hissəsini idxal üzərindən həyata keçirir. Yaranmış vəziyyətlə bağlı “Veysəloğlu” şirkəti xaricdən idxal edilərək ölkəyə gətirilən mallara 30%-dək, Ulduz fabrikinin istehsal etdiyi məhsullara isə 20%-dək qiymət artımını yol verilən hesab edir”.
Şirkətin açıqlamasında daha sonra qeyd edilir ki, bu gün hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz: “Yaranmış mövcud durum qiymət siyasətinin manatın yeni məzənnəsinə uyğunlaşmasını zəruri edib”.

“Veysəloğlu” da qiymətləri qaldırdı: 20-30 faiz



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Dövlət Statistika Komitəsinin sədri Almaniyada səfərdədir

Dövlət Statistika Komitəsinin sədri Almaniyada səfərdədir

Nazirlik qanunsuz ov edənləri cərimələdi

Nazirlik qanunsuz ov edənləri cərimələdi

Milli Məclisin növbəti iclası keçirilir

Milli Məclisin növbəti iclası keçirilir

Yeni nazirdən açıqlama:

Yeni nazirdən açıqlama: “Konkret hədəflərimiz var”

Türkiyədə turistləri daşıyan avtobus qəzaya düşdü

Türkiyədə turistləri daşıyan avtobus qəzaya düşdü

Azərbaycan hərbi xərclərini artırdı

Azərbaycan hərbi xərclərini artırdı

Cəbhədə gərgin gecə

Cəbhədə gərgin gecə

Qeyri-neft sektorundakı 3 faizlik artımdan büdcəyə

Qeyri-neft sektorundakı 3 faizlik artımdan büdcəyə "pay" düşməyib

Azərbaycan cüdoçusu dünya çempionu oldu

Azərbaycan cüdoçusu dünya çempionu oldu

İlham Əliyev:

İlham Əliyev: “Azərbaycan terrorizmə qarşı fəal mübarizə aparır”

Qarabağda yeni döyüşlərin qarşısını almaq üçün proqram hazırlanır

Qarabağda yeni döyüşlərin qarşısını almaq üçün proqram hazırlanır

Fuad Ələsgərov:

Fuad Ələsgərov: “Sərhəd təhlükəsizliyi məsələlərinə xüsusi önəm verilir”

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur