İşçilərinin yarısı gənclər olan şirkət- MÜSAHİBƏ

Xəbərin çap versiyası
Tarix: 2-02-2017, 13:07    |    Xəbər oxunub: 773 dəfə
İşçilərinin yarısı gənclər olan şirkət-

İlham Məmmədzadə: “Veysəloğlu” şirkətlər qrupu daim gənclərə xüsusi önəm verib”

Fevralın 2-i ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Əməkdaşlarının əksəriyyətini gənclər təşkil edən istehsalçı şirkətlərdən biri də “Veysəloğlu” şirkətlər qrupudur. Qurumun ictimaiyyətlə əlaqələr departamentinin müdiri İlham Məmmədzadə bunu belə izah edir:

- Gənclərin cəmiyyətdə layiqli yer tutması, bunun üçün lazımi şəraitin yaradılması, onların bilik və bacarıqlarının artırılması, potensialının reallaşdırılması daim dövlətin diqqət mərkəzində olub. Azərbaycanın qida sektorunda xüsusi rolu və yeri olan “Veysəloğlu” şirkətlər qrupu daim gənclərə xüsusi önəm verib. Bu gün şirkətlər qrupunda çalışan 17-35 yaş aralığında olan işçilər 70 faiz təşkil edir. Şirkət əməkdaşlarının 40 faizi isə 17-29 yaş aralığında olan gənclərdən ibarətdir. Bu isə o deməkdir ki, “Veysəloğlu” şirkətlər qrupunda çalışan əməkdaşların təqribən yarısı gənclərdir.

- Şirkətinizdə çalışan gənclərin bilik və bacarıqlarının artırılması üçün hansı addımlar atılır və onların ixtisasının artırılmasına şirkət dəstək olurmu?

- “Veysəloğlu” şirkətlər qrupu gənclərin hazırlığı məsələsinə hələ işə qəbul prosesindən başlayır. Çünki hər bir işə götürülən savadlı və potensiallı kadrın inkişafı bizim inkişafımız deməkdir. Şirkət tutduğu vəzifəsindən asılı olmayaraq özünü inkişaf etdirmək istəyən istənilən gəncə dəstək olub və neçə illərdir ki, bu ənənəyə sadiqdir. Hər zaman inkişaf etməkdə olan şirkət daim gənclərə dəstək olub və gənclərlə birlikdə inkişaf edib. Belə ki, “Veysəloğlu” şirkətlər qrupu işçi heyətin bilik və bacarığının, peşəkar səviyyəsinin artırılmasına daim böyük əhəmiyyət verir. Bunun üçün öz hesabına ölkə daxilində və xaricdə kurslar, seminarlar, təlimlər təşkil edir, müxtəlif tədbirlər həyata keçirir.

- Gənclərə dəstəkdən söz düşmüşkən, “Veysəloğlu” şirkəti bir müddət əvvəl əməkdaşlarının ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş övladlarına aylıq təqaüdlərin kəsilməsi ilə də gündəmə gəlmişdi...

- Ümumiyyətlə, şirkət respublikanın ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş işçilərinin və ya onların övladlarının təhsil haqqı ödənişlərinə, eyni zamanda əməkdaşlarının xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan övladlarının təhsil almalarına da daim yardımçıdır. “Veysəloğlu” şirkətlər qrupu 2013-cü ildən etibarən “Veysəloğlu” Tələbə Təqaüd Proqramı”nı həyata keçirməkdədir. Təqaüd Proqramına əsasən şirkət əməkdaşlarının ölkə daxilində və xaricdə ali təhsil müəssisələrinə qəbul olmuş övladlarına təhsilə dəstək məqsədilə aylıq və illik təqaüdlər ödənilir. Şirkətin 9 nəfər əməkdaşının övladı 2016-2017 təhsil ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarından uğurla keçərək, ölkəmizin müxtəlif ali məktəblərinə qəbul olublar. Onlar qazandıqları yüksək nəticəyə görə, “Veysəloğlu” Tələbə Təqaüd Proqramı”nın iştirakçısı olmağa haqq qazanıb. Belə ki, şirkət əməkdaşlarının ali məktəblərə qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən övladları ilə bərabər, 500-600 bal arası nəticə göstərən övladlarına da aylıq təqaüd ödənilir. Bundan başqa, 300-500 bal arası nəticə göstərənlərə isə birdəfəlik mükafatlar verilib. Hazırda 34 nəfər tələbə “Veysəloğlu” Tələbə Təqaüd Proqramı”nın üzvüdür və inanırıq ki, yaxın gələcəkdə bu proqrama qoşulanların sayı artacaq.

- Şirkətin bu məzmunda daha hansı layihələri olur? Yəni, digər əməkdaşları da əhatə edəcək daha hansı tədbirlər görülür?

- Tək gənclər deyil, şirkətlər qrupunda çalışan yaşı gənclik yaş həddini keçmiş əməkdaşlarımızın da şəxsi və peşəkar inkişaflarına yönəlik təlimlər, müxtəlif tədris layihələrinin təşkili ilə məşğul olan “Veysəloğlu İnkişaf Mərkəzi” fəaliyyət göstərir. Bu mərkəzin fəaliyyəti demək olar ki, kollektivin motivasiyasına ciddi təsir göstərməkdədir.

- Hazırda gənc kadrların işlə təminatı da gündəmdə olan məsələdir. “Veysəloğlu” bu sahədə hansısa ali təhsil müəssisələri ilə əməkdaşlıq edirmi? Yəni, daha çox hansı ali təhsil müəssisələrinin məzunlarını işə cəlb edirsiniz?

- Bayaq da qeyd etdiyim kimi, şirkət işə qəbulda və işçilərin karyera yüksəlişində daim beynəlxalq və yerli təcrübələrdən bəhrələnərək bu sahəyə xüsusi diqqət ayırır. Bu baxımdan Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və digər dövlət və özəl ali təhsil müəssisələri ilə birgə layihələr həyata keçirir, proqramlarda iştirak edirik. Bu əməkdaşlıq çərçivəsində aktiv olan vakansiyalarımızı, uyğun məzunların şirkətə cəlb olunması məqsədi ilə universitetlərlə bölüşürük. Eyni zamanda, “İnfotur”lar təşkil edərək tələbələri şirkətə dəvət edib, onları şirkətlər qrupumuz barəsində məlumatlandıraraq, İnsan Resursları departamentimizin fəaliyyəti, işə qəbul prosesi, karyera imkanları, şirkətlərin gənclərdən gözləntiləri barəsində informasiya veririk. İnfotur çərçivəsində artıq Azərbaycan Dövlət İqtisadi Universitetinin tələbələri (SABAH qrup, Beynəlxalq İqtisadiyyat məktəbi, Türk Dünyası İşlətmə fakültəsi tələbələri) şirkətimizdə qonaq olmuşlar. Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ali təhsil müəssisələrində tələbələr və məzunlar üçün “Karyerada ilk addım” devizi altında həyata keçirilən məşğulluq yarmarkalarında da aktiv iştirak edirik.

- Gənclərin iş və karyerasının inkişafı baxımından daha hansı işlərin görülməsini planlaşdırırsınız?

- İstər bu il, istərsə də gələcək üçün şirkətlər qrupunun Koorporativ Sosial Məsuliyyət layihələri də işlənib hazırlanan zaman gənclər diqqət mərkəzində saxlanılıb. Koorporativ Sosial Məsuliyyət çərçivəsində həyata keçirilən layihələrdən biri də “İstedadlı gənclər proqramı”dır ki, bu proqramın da həyata keçirilməsində daim gənclərə önəm verərək, onlara dəstək olmağa çalışırıq.

Naibə Qurbanova, Həftə.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
İmamverdi İsmayılov Əli İnsanovun milyonluq bağ evini almaq istəyir-İDDİA

İmamverdi İsmayılov Əli İnsanovun milyonluq bağ evini almaq istəyir-İDDİA

Rusiya Suriyadakı hərbi donanmasını genişləndirir

Rusiya Suriyadakı hərbi donanmasını genişləndirir

Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzini “sosial lift” adlandırdı

Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzini “sosial lift” adlandırdı

“Türkiyə ilə imzalanmış protokollar ləğv ediləcək”-

“Türkiyə ilə imzalanmış protokollar ləğv ediləcək”- Ermənistan XİN

Kəlbəcər girovlarından yeni xəbər var

Kəlbəcər girovlarından yeni xəbər var

ATMU müəllimlərinə İMC Krems Tətbiqi Elmlər Universitetinin sertifikatları təqdim olunub

ATMU müəllimlərinə İMC Krems Tətbiqi Elmlər Universitetinin sertifikatları təqdim olunub

Məişət zorakılığından zərər çəkmiş şəxslərə göstərilən sosial xidmətlərə baxış olub

Məişət zorakılığından zərər çəkmiş şəxslərə göstərilən sosial xidmətlərə baxış olub

Gəlinini qonşu kişi ilə hamamda tutdu-

Gəlinini qonşu kişi ilə hamamda tutdu- BAKIDA İNANILMAZ HADİSƏ

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirə lövhəsinin açılışı olub

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirə lövhəsinin açılışı olub

Bakıda daha bir binanın sakinləri “Kütləvi çıxarış” kampaniyasından yararlanıblar

Bakıda daha bir binanın sakinləri “Kütləvi çıxarış” kampaniyasından yararlanıblar

ATMU əməkdaşı beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib

ATMU əməkdaşı beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib

Qurban Qurbanov Azərbaycan idmanının mütləq lideridir-

Qurban Qurbanov Azərbaycan idmanının mütləq lideridir- SORĞU

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur